Nəfəsimizi kəsib özlərini reklam edənlər kimlərdir? - FOTO

Son zamanlar müşahidə edirik ki, cəmiyyətdə heyvanlara qarşı münasibət müsbət istiqamətdə dəyişib. Bəs insan və heyvandan başqa yer üzündə yaşam səbəblərindən biri olan ağaclara qarşı davranışlar necədir? Təssüf ki, bizi oksigenlə təmin edən canlılar təhlükə qarşısında qalırlar, əsasən də paytaxt küçələrində. Azadlıq prospektində çəkilmiş bu görüntülər ağaclarla birgə insanın da ürəyini dağlayır. Saat təmiri, şüşə satışı, kamera servis, “pianino daşıyıram” kimi reklam tablolarını ağaclara mismarlayan şəxsləri hansı cəza gözləyir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Avtosfer.az-a bildirib ki, belə halların yaşanmasının qanun pozuntusundan əlavə böyük günah olduğunu vurğulayıb: "Ağaclar da nəfəs alır, nəfəs verir. Kimsə düşünmədən onlara zərər verirsə belə, məncə böyük günaha batır. Düşünürəm belə insanlar həyatlarında bir dəfə də olsun ağac əkməyiblər, çünki ağac əkən insan inanmıram ki, ağaclara qarşı bu cür düşüncəsiz hərəkət etsin. Ağaclara zərər verənlər hamılıqla ən kəskin şəkildə qınanmalıdırlar ki, bir də buna yol verməsinlər.”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov isə qeyd edir ki, ağaclara vurulan mismarlar birbaşa onların zəifləməsinə və xəstəliklərə qarşı müdafiəsiz olmasına səbəb olan amillərdən biridir. “Təssüflər olsun ki, belə hallar Bakı şəhərində və digər ərazilərdə rast gəlinən haldır. Sahibkarlıq və ticarətlə məşqul olanlar bilməlidir ki, ağaclara mismar vurulması onun məhvinə səbəb olur. Bu məsələ ilə bağlı ilk öncə cəmiyyət aktiv olmalıdır, yəni ictimai qınaq olmalıdır. Biz öz növbəmizdə insanlarla, əsasəndə gənc nəsillər arasında marifləndirici tədbirlər keçiririk.”
Qeyd edək ki, ağacları qorumaq hər birimizin ilkin öhdəliyi olmalıdır.
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanıb.

Nurlan Sakitoğlu
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA





















