Neft mədənində tapılan yaralı kərkəs xilas edildi - FOTO + VİDEO

Neft mədənində tapılan yaralı kərkəs xilas edilib.
Ayağından və qanadlarından yaralanan qara kərkəs Səbail rayonunda SOCAR-ın “Bibiheybət” Neft və Qazçıxarma İdarəsinin ərazisində tapılıb.
Belə ki, neft buruqlarının arasında köməksiz vəziyyətdə qalan nadir quş mədən ərazisinin mühafizəsini təşkil edən “Security Operatiyon Services” şirkətinin əməkdaşları xidmət etdikləri sahədə gəzərkən diqqətlərini çəkib.
Onlar quşu neft buruqlarının arasından götürüb şirkətin mərkəzi binasına gətirib. Quşa su və yem verilib. Daha sonra “Security Operatiyon Services” şirkəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Əraziyə gələn 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən quşun “Qırmızı Kitab”a daxil edilmiş qara kərkəs olduğu müəyyən edilib. Nadir quş nazirlik əməkdaşlarına təhvil verilib. (oxu.az)
.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












