Neftçalada vətəndaşlar arasında maarifləndirmə işləri aparılır - FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin elan olunması barədə qərarına əsasən Neftçala rayonunda maarifləndirmə tədbirləri həyata keçirilir. İcra Hakimiyyətindən Avtosfer.az-a verilən məlumata görə, Neftçala rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir, xüsusi ehtiyac olmadıqda evlərini tərk etməməsidir.
Məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətinin aparatı, icra nümayəndələri və bələdiyyə sədrləri, həmçinin hüquq mühafizə orqanı əməkdaşları əhalinin sıx toplaşdığı park və xiyabanlarda, kənd mərkəzlərində sakinləri maarifləndiriblər.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Bununla yanaşı, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda aşağıdakı nömrələrlə əlaqə saxlamaq mütləqdir.
Səhiyyə Nazirliyinin Qaynar Xətti: 9103 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı Mərkəzi: 1542
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
















