Neftçalanın suya olan tələbatının ödənilməsi məqsədilə tədbirlər görülür - FOTO
Gündəm
6 İyul 2020 16:34

İçməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərində və rayonun bir sıra kəndlərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə təxirasalınmaz tədbirlər davam etdirilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a verilən xəbərə görə, şəhərdə və bəzi kəndlərdə sakinlərin suya əlçatanlığını təmin etmək üçün çənlər quraşdırılır.
Qeyd edək ki, Kür çayında suyun azalması və Xəzər dənizinin suyunun çaya qarışması çaydakı suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız vəziyyətə gətirib. Rayon mərkəzinin, eləcə modul tipli sutəmizləyici qurğular olan kənd və qəsəbələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə “Azərsu” ASC, Neftçala Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi tərəfindən birgə tədbirlər görülür. Salyan şəhərindən Neftçalaya suyun daşınması məqsədilə 18 sudaşıyan nəqliyyat vasitəsi ayrılıb. Daşınan suyun bərabər paylanması və qənaətli istifadəsi məqsədilə Neftçala şəhərinin müxtəlif məhəllələrində, bəzi kənd və qəsəbələrdə hər birinin tutumu 5 kubmetr olan 37 ədəd su çəni quraşdırılıb. Yaxın günlərdə belə çənlərin sayı 44-ə çatdırılacaq.
Su çənləri “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən yuyulub dezinfeksiya edilib. Mərkəzi Laboratoriyanın səyyar laboratoriyalar vasitəsilə nümunələr götürülərək analizlər aparılıb və istifadəsinə icazə verilib. Eyni zamanda, səyyar laboratoriyalar tərəfindən suyun keyfiyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır. Su çənlərindən suyun götürülməsinə və bərabər paylanmasına nəzarət olunur, israfçılığa yol verilməməsi üçün əhali arasında maarifləndirmə işləri aparılır. Çənlərin mütəmadi olaraq su ilə doldurulması məqsədilə sudaşıyan nəqliyyat vasitələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Qeyd edək ki, Neftçala şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yeni layihənin icrasına başlanıb. Şəhəri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 44 km uzunluğunda yeni magistral su kəmərinin və 7500 kubmetr tutumu olan su anbarının tikintisi davam etdirilir. Magistral su xəttinin tikintisi cari ilin sonuna qədər başa çatdırılacaq və kəmər mövcud içməli su şəbəkəsinə birləşdiriləcək.
Fidan
Oxunub : 1152
DİGƏR XƏBƏRLƏR
28 Noyabr 2026 17:56
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
28 Noyabr 2026 15:45
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
27 Noyabr 2026 20:44
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
27 Noyabr 2026 19:30
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
27 Noyabr 2026 16:30
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
27 Noyabr 2026 15:41
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
27 Noyabr 2026 10:00
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
27 Noyabr 2026 08:30
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 17:00
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
ŞƏRH YAZ



















