Nəqliyyatçıların Həmkarlar İttifaqına yeni sədr seçilib

İyulun 16-da Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının Məclisinin onlayn iclası keçirilib. İclasa AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev sədrlik edib. S.Möhbalıyevin təklifi ilə iclas iştirakçıları Ermənistan silahlı qüvvələrinə qarşı Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra S.Möhbalıyev Məclis üzvlərinə Həmkarlar İttifaqının sədri işləmiş Etibar Əliyevin vəfatı ilə əlaqədar yeni sədrin seçilməsilə bağlı məlumat verib. AHİK sədri uzun illər təşkilata rəhbərlik etmiş Etibar Əliyevin fəaliyyəti haqqında danışıb. Məclisin yekdil qərarı ilə əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və Həmkarlar İttifaqı sistemində məsul vəzifələrdə çalışmış Hüseyn Qubad oğlu Kərimov Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri seçilib.
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO












