Nəqliyyatda əksepidemik tədbirlər davam etdirilir - FOTO

Koronovirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda əksepidemik tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, son bir həftə ərzində həyata keçirilən tədbirlər çərçivəsində Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən bütün avtobuslarda (ümumilikdə 2100 ədəd) dezinfeksiya tədbirləri həyata keçirilib.
İstehsalat bazasında həyata keçirilən dezinfeksiya işləri ilə yanaşı dərman preparatlarının təsiri nəzərə alınmaqla avtobuslar gün ərzində son dayanacaq məntəqələrində də təmizlənir.
Taksi ilə daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər (20 şirkət üzrə) tərəfindən 2462 ədəd nəqliyyat vasitəsində dezinfeksiya işləri aparılıb.
Əksepidemik tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.
Bununla yanaşı sərnişinlərə ictimai nəqliyyatdan istifadə edərkən özlərini və başqalarını xəstələnməkdən qorumaq baxımından vacib olan qaydalara əməl etmələrini xahiş edilir. ÜST və TƏBİB tövsiyələri əsasında hazırlanan təlimatla Bakı Nəqliyyat Agentliyinin sosial şəbəkələrdəki rəsmi hesablarında, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində və müntəzəm marşrut avtobuslarında tanış olmaq mümkündür.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI














