Nəqliyyatın hərəkəti və mobil internetdən istifadə məhdudlaşdırıla bilər

Rusiya paytaxtında mayın 7-dən 9-dək nəqliyyatın hərəkətinə məhdudiyyətlər nəzərdə tutulub və mobil internetin işində də fasilələr yarana bilər.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu barədə Moskva merinin və hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məhdudiyyətlər şəhərdə İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərin keçirilməsi ilə bağlıdır. Moskvaya həmin günlərdə ali və yüksəksəviyyəli xarici nümayəndə heyətlərinin gəlməsi gözlənilir.
“Bununla əlaqədar olaraq, şəhərdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq. Mobil internetin fəaliyyətində də məhdudiyyətlər ola bilər. Biz Moskva sakinlərinin və paytaxta gələn qonaqların anlayışına ümid edirik. Sizdən xahiş edirik ki, bu məsələlərlə bağlı rəsmi məlumatlardan istifadə edəsiniz”, -deyə paytaxt administrasiyasının bəyanatında deyilir.
Bundan əlavə, mobil operatorlar bu günlər ərzində mümkün rabitə kəsilişləri barədə abunəçiləri xəbərdar edən məlumat mesajları göndərməyə başlayıblar. Onlar lazım gələrsə, Wi-Fi bağlantısından istifadə etməyi də tövsiyə edirlər.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











