Nikol Paşinyan yardım üçün Rusiyaya getdi

Hərbi avantürada uğursuzluğa düçar olan Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya təcili səfərə gedərək, Rusiyadan Ermənistan-Azərbaycan sərhədində baş verən gərginliklə əlaqədar ona müvafiq səviyyədə yardım etməsini istəyib. Paşinyan ATƏT və KTMT-dən heç bir yardım almadığı üçün çıxılmaz vəziyyətə qalıb və Ermənistanın bu döyüşlərdə Azərbaycana biabırçılıqla uduzacağını başa düşdüyü üçün bu addımı atıb.
Ermənistanın uğursuzluğu bir daha göz qabağındadır. Belə ki, dünən də Ermənistanın NATO yanında daimi nümayəndəsi və hərbi nümayəndəsi təcili qaçaraq, NATO-nun hərbi komandanlığı ilə görüş keçirib. Bu görüşün də heç bir nəticəsi olmayıb.
Tarix onu göstərir ki, ermənilər həmişə bu kimi uğursuz təxribatlardan sonra dərhal “böyük qardaş” axtarışında olurlar. Ümid edirik ki, Rusiyanın Sorosun təyinatı olan N.Paşinyan və onun komandası haqqında öz fikirləri və mövqeyi vardır. ("Report")
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











