Nikolun arvadı ordumuza qarşı necə döyüşüb? - ŞOK FAKTLAR

2020-ci ilin 44 günlük müharibəsində Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın iştirak etdiyi əməliyyatlarla bağlı şok faktlar ortaya çıxıb.
Avtosfer.az xəbər verir ki, A.Akopyan Qarabağdakı döyüşlərdə iştirak etmək məqsədilə “Erato” adlı könüllü dəstə yaradıb. 13 nəfər qadından ibarət olan dəstə Qarabağda döyüşdüyünü bəyan edib.
Ermənistan Müdafiə Nazirliyi də iki il öncə - 2023-cü ildə verdiyi açıqlamada “Erato”nun digər könüllü dəstələr kimi yeni yaradılmış hərbi bölmələrin tərkibinə daxil edildiyini açıqlayıb. Rəsmi açıqlamada deyilirdi ki, “Erato” dəstəsi əvvəlcə Gorusun Hartaşen (Aşağı Zeyvə), daha sonra Kornidzor (Geranzur) kəndində N sayı hərbi hissədə yerləşib.
Nikol Paşinyan da 2021-ci ildə bildirmişdi ki, həyat yoldaşının yaratdığı dəstə Gorusda səngərlərdə “xidmət” edib.
Müharibədən sonra verilən açıqlamalardan məlum olur ki, Anna Akopyanın dəstəsi Qarabağda olmayıb. Zəngəzurda sərhəd bölgəsində fəaliyyət göstərib və Ermənistan ərazisindən Azərbaycan Ordusunun bölmələrinə zərbələrin endirilməsi fəaliyyətlərini yerinə yetiriblər.
Lakin Ermənistan mediası indi aşkar edib ki, Akopyan və dəstəsi ümumiyyətlə döyüşlərin getdiyi heç bir ərazidə olmayıb. Dəstə üçün Gorusda süni səngər qazılıb və orada “döyüş əməliyyatlarında iştiraka” dair səhnələr oynanılıb.
Dəstənin üzvü Arsine Minasyanın mayın 3-də verdiyi açıqlama da bu kontekstdə diqqət çəkir. Minasyan bildirib ki, təlimlər bitdikdən sonra mövqelərə çıxmaq əmri gəldi:
“Bu, Şuşanın təslim olmasından 4-5 gün öncə idi. Yanımızda cangüdənlərimiz vardı, Anna Akopyanın təhlükəsizliyi daim təmin edilirdi. Gorusdan 30-40 dəqiqə getdikdən sonra Dığ kəndinə çatdıq. Cəbhə xətti deyildi, bizə radio verdilər, onunla ancaq kənd başçısı ilə əlaqə saxlaya bilərdik. Vəzifəmiz hərəkətləri izləmək və məlumat vermək idi. Bunu məsuliyyətlə yerinə yetirdik, amma heç bir hərəkət yox idi. Yalnız bir çobanla rastlaşdıq. Heç bir atışma, yaxud döyüş əməliyyatı olmayıb”.
Dəstənin hər bir üzvünə silah təhkim olunub, Anna Akopyana isə snayper verilib.
Qeyd edək ki, A.Akopyanın döyüşlər vaxtı Qarabağa gəldiyi və Ermənistan ordusunun komanda mərkəzində olduğu haqda da məlumatlar yayılmışdı (publika.az).




Uçuş təhlükəsizliyi AZAL-ın bütün qərarlarının mərkəzində dayanır - Samir Rzayev - MÜSAHİBƏ
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Vilyam Hacıyevin lüks avtomobillərinin hərrac tarixi bilindi
Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - AÇIQLAMA - VİDEO
WUF13-də neçə sərnişin daşınıb?
Bakı-Tbilisi-Bakı qatarı 5 yaşa qədər uşaqlar üçün pulsuz olacaq
Gürcüstana səfər üçün sığorta məcburi olacaq - Qiymət və qaydalar açıqlandı
Bu küçədə sərnişin mindirib-düşürənlər CƏRİMƏLƏNMƏYƏCƏK - FOTO
Paytaxtın 21 istiqamətində sıxlıq var - SİYAHI
Kondisioner ustalarının freon yalanı - FOTO
BMT-nin qlobal proqramının rəhbəri Azərbaycana belə təşəkkür etdi - FOTO










