Nişan mərasimi keçirənlərin işi məhkəməyə göndərildi - FOTO

Balakən Rayon Polis Şöbəsinə rayonun Yeni Şərif kəndində karantin qaydalarının pozularaq nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gələrək, 30-a yaxın şəxsin bir yerə toplaşdığını və ev sahibi Nəcməddin Urkayevin karantin qaydalarını pozaraq, qızına nişan mərasimi keçirdiyini aşkar ediblər. N.Urkayev və məclisi təşkil edən digər 8 nəfər Polis Şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb. Onların barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Polis əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə keçirilən reyd zamanı isə Qazbinə kəndində yerləşən kafedə müştərilərin sosial məsafəni gözləmədən əyləşdikləri və masaların bir-birinə yaxın qoyulduğu aşkarlanıb. Kafe sahibi barəsində materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozan 7 müştərinin hər biri 200 manat cərimələnib.
Namiq Musayev





Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












