"Nissan" zavodları ABŞ-da mayın ortalarına qədər işləməyəcək

Yapon istehsalçısı Nissan Motor, ABŞ-dakı zavodlarının fəaliyyətlərinin dayandırılmasını may ayının ortalarına qədər uzadmaq qərarına gəlib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Kyodo agentliyi xəbər yayıb. Şirkət may ayının ilk günlərindən etibarən istehsalını bərpa etmək niyyətində olub, lakin ABŞ-da koronavirusun yayılması ilə bağlı vəziyyətə görə işi təxirə salmaq məcburiyyətində qalıb. Həmçinin, tələbatın az olması səbəbindən konsern bu il üçün istehsal planını dəyişməyi planlaşdırır.
ABŞ-da yanvar-mart aylarında yeni Nissan avtomobillərinin satışları ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz azalıb. Bu, Yaponiya avtomobil istehsalçıları arasında ABŞ bazarındakı ən pis göstəricidir. Nissan bu ölkədə avtomobil və mühərriklərin istehsal olunduğu dörd zəvoda sahibdir.
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO











