Niyə avtobus sürücüləri ilə bacara bilmirlər? - VİDEO

Son vaxtlar narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücülərin sayı artıb. Sürücülərin reysdən əvvəl hansı qaydada tibbi müayinədən keçdiyini öyrənmək üçün əməkdaşlarımız Bakı Beynəlxalq Avtovağzalı və Mingəçevir şəhər Avtovağzalında olublar. Sürücülər burada tibbi müayinədən keçmədiklərini bildiriblər.
Son vaxtlar narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücülərin sayı artıb. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən bildirilib ki, cari ilin 9 ayı ərzində narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən 650 sürücü aşkar edilib. Təkcə son bir ay ərzində 150-yə yaxın analoji hal aşkarlanıb. Dünən görüntüsü yayılan narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə Bakı-Mingəçevir istiqamətində sərnişindaşıma fəaliyyəti göstərən avtobus sürücüsü artıq ciddi bir həyəcan siqnalı idi.
Əslində avtovağzalda sürücülər reysə çıxmazdan əvvəl müayinə otağına yaxınlaşaraq ixtisaslı tibb işçiləri tərəfindən yoxlanılmalı və tibbi müayinənin nəticələri barədə məlumatlar səhiyyə nazirliyi tərəfindən təyin edilmiş xüsusi tibbi müayinə jurnalına qeyd olunmalıdır. Sürücülərin reysdən əvvəl hansı qaydada tibbi müayinədən keçdiyini öyrənmək üçün Bakı Beynəlxalq Avtovağzalı ilə yanaşı Mingəçevir şəhər Avtovağzalında da olduq. Lakin sürücülər burada tibbi müayinədən keçmədiklərini bildirdilər.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi onu da qeyd edib ki, reys qabağı tibbi müayinə zamanı sürücünün alkaqol və ya narkotik vasitə qəbul edib etməməsi, bədən temperaturu və nəbzi kimi əlamətlər yoxlanılır. Əgər sürücü tam sağlam vəziyyətdədirsə onun reysə buraxılmasına icazə verilir. Görünən odur ki, Mingəşevirdən Bakıya sərnişin daşıyan sürücü həmin müayinədən keçməyib. Bəs o reysə necə buraxılıb? Bu sualın cavabı isə açıq qalır.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










