Nöqsanlara yol verən 140-dan çox bağça direktoru cəzalandırılıb

Bakıda uşaq bağçalarına qəbul üçün 20 minə yaxın valideyn növbə gözləyir.
Avtosfer.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazir təəsüflə bildirib ki, burada tələb təklifi üstələyir:
“Bu şəxslərlə bağça müdirləri arasında sövdələşmə ehtimalı var. Bizim bununla bağlı mütəmadi yoxlamalarımız olur".
O, həmçinin əlavə ediv ki, son altı ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət verilib.
E.Əmrullayev eyni zamanda vurğulayıb ki, gələn il qrant müsabiqə ilə özəl bağçalarda təhsil alanların sayını 5 min nəfərə çatdırmaq planlaşdırılır:
"İlkin olaraq qrat müsabiqə ilə özəl bağçalarda təhsil alan uşaqların sayı 1500 nəfər idi. Buna əvvəl pilot layihə kimi başlanılmışdı. Növbəti ildə məqsədimiz bu sayı 5000 nəfərə çatdırmaqdır".
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Gündəlik getdiyimiz ünvanlara çatmaq üçün 15 dəqiqə kifayət edirmi? – “Bolt”dan statistika - VİDEO
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO












