NRYTN: Hər kəs avtovağzaldan bölgələrə gedə bilər, lakin qayıdanda məhdudiyyətlər olacaq

"Nazirlər Kabineti yanında Operativ Qərargahla razılaşdırıldıqdan sonra qərara alınıb ki, mart ayının 19, 20 və 21-i tarixlərində həm region qeydiyyatı olan sərnişinlərin, həm də Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olan sərnişinlərin regionlara gedişləri təmin edilsin. Bu üç gündə Bakı Beynəlxalq Avtovağzal Kompleksi adi rejimdə çalışacaq".
Avtosfer.az “Report” -a istinadən xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
O vurğulayıb ki, regiona getmək istəyən sərnişinlərin gedişləri təmin olunacaq: “Mart ayının 27 və 28-i tarixlərində regiondan paytaxta geri qayıtmaq istəyən Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olan sərnişinlərin geri dönüşü təmin olunması nəzərdə tutulub. Region qeydiyyatında olan sərnişinlərdən xahiş edərdim ki, avtovağzallara "Bəlkə qayıda bilərəm" ümidi ilə yaxınlaşmayın. DANX və digər aidiyyatı strukturların əməkdaşları region avtovağzallarına ezam olunacaq və o müddətdə şəxsiyyət vəsiqələri yoxlanılaraq geri dönüş təmin olunacaq. 22, 23, 24, 25, 26 mart tarixləri üçün gediş-gəlişin hansı formada təyin olunacağına gəlincə, əgər tələbat olarsa, əlavə reyslər təmin oluna bilər. Bu barədə əlavə məlumat veriləcək".
Xatırladaq ki, koronavirus epidemiyasının yayılmaması məqsədilə bu gündən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı və Sumqayıt şəhərlərinə, eləcə də Abşeron rayonuna buraxılması bu gündən dayandırıb. Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələri və onların sərnişinləri martın 29-na qədər Abşeron yarımadasına buraxılmayacaq.
Gültən Qədirli
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












