Nuran Abdullayev: “Avtobusun öz havasının həmin yerdə sirkulyasiyası yoluxma riskini artırır”

Sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə məsləhətləşmələr aparıldığını bəyan edib: "TƏBİB-in tövsiyəsinə əsasən, avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin olduğundan onların işə salınmasına məhdudiyyət qoyulub. Avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək".
Avtosfer.az xəbər verir ki,Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev şərh edib.
O deyib ki, sərinləndirmə sistemlərinin işə salınmaması əvvəlcə təyyarələrlə bağlı müzakirərlə başladı:
"Bildiyiniz kimi, təyyarələrdə hamının narahat olacağı mövzu yoluxmanın olması idi. Bir şübhəli xəstə təyyarənin içərisində nəfəs alır, bundan sonra çıxan aerozollar 5 mikrometrdən kiçik ölçüdədir. Yəni 2 metrdən yaxın məsafədə oturan şəxsə gedib çata bilər. Ondan sonra elmi araşdırma nəticəsində müəyyənləşdirildi ki, təyyarədə olan hava tənzimləyici sistem vasitəsilə buraya hava haradan gəlir, haradan sovrulur. Təyyarədə olan sistem vasitəsilə yoluxma minimuma endirilə bilər. Amma önəmli faktor odur ki, içəri təmiz hava daxil olmalıdır. Təyyarədə qurulan sistem vasitəsilə içəri təmiz havanın daxil olmasını tənzimləmək mümkündür. İnsanların nəfəs aldığı hava qırağa yayılmadan elə sirkulyasiya olunur ki, çıxır və təmiz hava təyyarənin içərisinə daxil olur. Bu, təyyarənin havalandırma sistemidir”.
N.Abdulayev avtobus kondisionerləri ilə təyyarələrin hava təmizləyicilərinin fərqli olduğunu deyib:
“Əgər avtobus kondisionerləri havanı avtobusun içində sirkulyasiya edirsə, bu, ən təhlükəlisidir. Ona görə də, avtobusun öz havasının həmin yerdə sirkulyasiyası qadağandır, riski artırır. Qapalı məkanlarda mütləq təmiz havanın içəri daxil olmasını təmin etmək lazımdır. İnsanlar arasında maska taxıb, məsafə saxlamaqla yoluxmaları minimuma endirmək olur". (MediaPost)
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş










