Nuran Abdullayev daha bir uğura imza atıb; Daha bir tədqiqat iki ölkənin nüfuzlu jurnalında dərc ediləcək

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayevin beynin işemik insultunun cərrahi müalicəsində tətbiq olunan yeniliklə bağlı elmi tədqiqatı Avstraliyanın Neyrocərrahlar və Yeni Zelandiyanın Neyropatologiya Cəmiyyətləri tərəfindən qəbul edilib. Azərtac xəbər verir ki, tədqiqat hər iki ölkənin cəmiyyətlərinin rəsmi jurnalında dərc olunaraq elmi ictimaiyyətə təqdim ediləcək. Tibb elmləri doktorunun bu elmi-praktik tədqiqatında işemik insult zamanı icra olunan ən yeni invaziv müalicə metodundan və onun hansı şəkildə tətbiq olunmasının önəmindən bəhs edilir.
Müəllif bu tədqiqatla sübut edib ki, beyin insultları zamanı çox nadir rast gəlinən və ümumi işemik insultların toplam olaraq 10 faizini təşkil edən xüsusi qrup xəstələrə tədqiqatda göstərilən şəkildə neyroradioloji müdaxilə edilərsə, onlar ölümdən qurtulur və əməliyyatdan sonrakı ümumi klinik nəticədə bu əməliyyatı keçirməyənlərlə müqayisədə ciddi şəkildə yaxşılaşma müşahidə edilir.
Qeyd edək ki, N.Abdullayevin bu elmi işi hələ 2019-cu ildə Almaniya Neyroradiologiya Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib və o, buna görə xüsusi təqaüdə layiq görülüb.
Həmin ilin oktyabrın 9-da Frankfurt şəhərində Avropanın 4 gün davam edən ən böyük və nüfuzlu Neyroradioloji Kongresində həmyerlimizin bu tədqiqatla sübut etdiyi elmi yenilik dünyanın neyroradiologiya üzrə ən qabaqcıl mütəxəssislərinin və alimlərinin diqqətinə çatdırılıb.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












