Nuran Abdullayev: “Yeni nəticələr pandemiyanın dünyada mənzərəsini dəyişəcək”

Artıq Fransada COVID-19-a ilk yoluxmanın rəsmi qeyd edildiyi kimi yanvar ayında deyil, dekabrda olması fikri öz təsdiqini tapmaq üzrədir. Belə ki, 2019-cu ilin dekabr ayının sonunda xəstəxanaya müraciət edən xəstədə 2020-ci ilin may ayındakı təkrar yoxlamadan sonra koronavirusa yoluxması məhz dekabr ayında olmasına dair nəticələr əldə olunub. Lakin nəticənin səhvən pozitiv olması da istisna edilmədiyindən yenidən müvafiq müayinələr aparılacaq.
Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri bütün dünya ölkələrinə səslənərək bildirdilər ki, COVID-19-un rəsmi qeyd olunduğu ilk gündən öncəki aylar üçün şübhəli xəstələr indi yenidən yoxlanıb qiymətləndirilməlidir. Avtosfer.az-ın məlumatına görə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev “Report”a açıqlamasında deyib ki, yeni nəticələr pandemiyanın dünyada mənzərəsini dəyişəcək:
“Mən də Azərbaycanla bağlı bu fikrə bir ay əvvəl apardığım araşdırma nəticəsində gəlmişdim və bunu mətbuatda, o cümlədən “Report” İnformasiya Agentliyi və “İctimai” televiziyaya müsahibəmdə də bildirmişdim. İndi də o qənaətdəyəm ki, bu məsələ Azərbaycan üçün həddindən çox önəmlidir. Ona görə də böyük tibbi xərclər olmadan həmin şübhəli xəstələrin yenidən yoxlanması istiqamətində tədbirlərin görülməsi vacibdir və bu istiqamətdə hər bir Azərbaycan həkimi, eləcə də mən əlimizdən gələn elmi və praktiki köməkliyi etməliyik. Bununla, Azərbaycan pandemiyanın hansı mərhələsində olduğunu dəqiq bilib ona uyğun olaraq virusa qarşı atılan tədbirlərində də dəyişikliklər edə bilər ki, bu, əhalinin sosial rifahının yaxşılaşmasına da səbəb olar”.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












