Ödənişli yolla bağlı yeniliklər – Güclü nəzarət, sərt qaydalar, az ödəniş...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Avtosfer.az-a açıqlamasında Azərbaycanda ilk dəfə tətbiq olunacaq ödənişli yolun parametrlərini və yoldan istifadə qaydalarını açıqlayıb. Bakı-Quba-Rusiya sərhədi yolunun nə zamandan ödənişli yol kimi istismar olunacağı və qiymətlərlə bağlı sualı cavablandıran qurum rəsmisi bildirib ki, ödəniş haqqı Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək. Minik maşınlarına yük avtomobillərindən daha az ödəniş müəyyən ediləcək.
A.Nəcəfli bildirib ki, ödəniş haqqı avtomobilin qət etdiyi məsafəyə görə hesablanacaq: "Bu yol mövcud yoldan qısa, sürətli və rahat olacaq. Avtomobillər yolda müəyyən edilmiş vahid sürətlə hərəkət edəcək".
AAYDA sözçüsü qeyd edib ki, Bakı-Quba yolunda müsir elektron tərəzilər quraşdırılır: "Artıq bir elektron tərəzi Tağıyev qəsəbəsinin çıxışında quraşdırılıb. Digər magistrallarda da elektron tərəzilərin quraşdırılması planlaşdırılır. Həmçinin həmin yolda xüsusi radarlar quraşdırılıb. Həmin radarlar qabaqcadan gələn yük avtomobilinin parametrlərini - çəkisini, normadan artıq yüklənib-yüklənmədiyini müəyyən edəcək və sistemə ötürəcək. Məlumatlar həmin sistemdən də Baş Dövlət Yol Polisi İdarəsinin bazasına ötürüləcək. Bununla da normadan artıq yüklənən, parametrlərə uyğun olmayan yük avtomobilinin hərəkəti dayandırılacaq".
Könül
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI
Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT
Avtobusların sayı artır, problem həll olunmur – Səbəb nədir?










