Ofisə basqın edən polis rəisinin qardaşı barədə qərar verildi

Bakının Nərimanov rayonunda yerləşən ofislərdən birinə basqın edilməsi ilə bağlı cinayət işi başlanılıb.
Apa-nın əldə etdiyi xəbərə görə, ofisə basqın edərək sahibkarı döyən Samir Qarayev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi açılıb.
Nərimanov Rayon Məhkəməsi təqsirləndirilən şəxsin sabit yaşayış yerinin olmasını və digər əsasları nəzərə alaraq həbs qətimkan tədbirinə ehtiyac görməyib. Qərara əsasən, Samir Qarayev barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Məlumata görə, Samir Qarayev idmançı dostu ilə birgə ofisə daxil olaraq sahibkarla mübahisə edib. Mübahisə zamanı Samir Qarayev dəmir çayniklə sahibkara xəsarət yetirib.
Ofis sahibi xəstəxanaya yerləşdirilib, aldığı xəsarətlərin dərəcəsini müəyyən etmək üçün tibbi ekspertiza təyin olunub. Samir Qarayevlə birgə ofisə basqın edən dostunun əməlində isə cinayət müəyyən olunmayıb. Samir Qarayev təqsirləndirilən şəxs qismində tanınaraq, barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılıb.
Qeyd edək ki, təqsirləndirilən Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












