Oğlu həbs olunan bələdiyyə sədri istefa verdi

Oğlu Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şəkilləri ilə şantaj edən bələdiyyə sədri vəzifəsindən istefa verib. İsmayıllı rayon Basqal bələdiyyəsinin sədri Nadir Şəfiyev ərizə yazaraq vəzifəsinin icrasını dayandırıb.
Qeyd edək ki, N. Şəfiyevin oğlu Yusif Şəfiyev AzTV-nin xanım əməkdaşı ilə bir müddət tanışlıq münasibətində olduqdan sonra xanıma məxsus sosial mediadan və şəxsi profillərindən əldə etdiyi fotoları montaj edərək rüsvayedici şəkillərlə birləşdirib. Daha sonra onları qadının özünə göndərib və ondan dəfələrlə müxtəlif məbləğlərdə pullar tələb edib. Tələb etdiyi məbləğdə pulları ona ödəməyəcəyi təqdirdə həmin xanıma məxsus rüsvayedici şəkilləri ictimailəşdirəcəyi ilə hədələyib. Həmin şəxs xeyli miqdarda pulu əldə etdikdən sonra montaj edilmiş şəkilləri “aztvxana” adı ilə açdığı instagram səhifəsində paylaşıb. 1982-ci il təvəllüdlü Şəfiyev Yusif Nadir oğlu barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Şəfiyev Yusif Nadir oğlunun törətdiyi cinayət əməli aparılmış ibtidai istintaq zamanı toplanmış sübutlarla tam təsdiq olunduğundan ona cinayət məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilməklə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (Unikal.org)
Ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır - ŞƏRH
Qəzada ölən Amalla bağlı məhkəmə hökmləri yayıldı - FOTO
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT










