Oğlunu öldürən atanın məhkəməsi başlayır

Göygöldə oğlunu qətlə yetirməkdə təqsirləndirilən Yaşar Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Xaqani Səmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə yanvar ayının 1-də rayonun Nadel kəndində baş verib.
Kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Qəmbər oğlu Bayramov oğlu - 1978-ci il təvəllüdlü Mahir Bayramovu taxıl sahəsində ov tüfəngindən 2 dəfə atəş açaraq qətlə yetirib.
O, hadisə yerindən qaçsa da, əməliyyat axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Bakıda istintaqa təhvil verilib.
Hadisəyə uzun müddət tərəflər arasında mübahisəyə səbəb olan evin M.Bayramov tərəfindən yandırılması səbəb olub.
Y.Bayramova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











