Oğurluq üçün girdiyi evdə beş gün yaşadı - FOTO

Ötən ilin dekabr ayında və cari ilin fevralında Şəmkir ərazisində 10 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları və müxtəlif məişət əşyaları oğurlayıb.
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən saxlanılan axlanılan şəxs ifadəsində həmin kəndlərin sakinlərinin Rusiyada Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Əldə etdiyimiz məlumata görə, E.Süleymanov dekabr ayında sahibi Rusiyada olan evə oğurluq üçün girsə də, oradan heç nə tapmayıb. Belə olan təqdirdə, beş gün həmin evdə yaşayıb və gecələr məhz o evdən çıxaraq qonşuluqdakı mənzillərdən oğurluq edib. Onun oğurladığı qələm isə qızıldan olub. O, qonşulardan iki banka turşu və meyvə oğurlayıb “qonaq” kimi qaldığı evdə yeyirmiş.


Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











