Bakıda 900 dollarlıq velosiped oğurlayan şəxs kameraya düşdü və saxlanıldı - FOTO - VİDEO

Paytaxtın Səbail rayonunda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də xarici ölkə vətəndaşına məxsus 900 ABŞ dolları dəyərində “Speeds” markalı velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1986-cı il təvəllüdlü, Neftçala rayon sakini Vüqar Muxtarov saxlanılıb.
Oğurlanmış velosiped maddi sübut kimi götürülərək sahibinə qaytarılıb.
Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlayıb, onun ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Pərvin Qoca
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












