Oğuzda əmrə tabe olmayan sərxoş "OKA" sürücüsü saxlanıldı - FOTO

Qəbələdən Oğuz rayonu istiqamətdə hərəkət edən “OKA” markalı avtomobilin sürücüsünə postlarda “saxla” əmri verilib. DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, sürücü əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən Oğuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən avtomobil təqib edilib. Bir müddətdən sonra polis əməkdaşları onu saxlamağa nail olublar. Sürücünün Bərdə rayon sakini İlham Abdullayev olduğu müəyyən edilib. Planşetlə yoxlanılan zaman İ.Abdullayevin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi və həkim müayinəsindən keçirildikdən sonra sərxoş olduğu da müəyyənləşib. Oğuz Rayon Polis Şöbəsində İ.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və cərimə cəzası kəsilib.
Namiq Musayev
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












