Ölkədə sərnişin daşımaları artıb

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda nəqliyyatçılar 310,4 milyon nəfərə və ya 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox sərnişinə xidmət göstəriblər. Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumatına görə, sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 270,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artım qeydə alınıb.
Sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6,8 faiz artaraq 38,9 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 340,5 min və ya 17,6 faiz çox sərnişin daşınıb, daşımaların 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-fevral ayları ərzində 838,2 min sərnişin daşınıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 72,3 faiz artım müşahidə olunub.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











