Ölkənin qatarlarında karantin rejiminin tələblərinə əməl edilirmi? - VİDEO

"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin müraciətlərini nəzərə alaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edib. Hazırda həmçinin Bakı ilə Sumqayıt arasında sərnişin qatarının fəaliyyətinin zəruri hesab edərək bu istiqamətdə qatarlar fəaliyyət göstərir.
Avtosfer.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova “Real TV”-yə Sumqayıt-Pirşağı sərnişin qatarında koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri təqdim edib.
Qatarlarda və stansiyalarda fəaliyyət göstərən əməkdaşlar barədə bildirib ki, fəaliyyəti zəruri olan müəssisədə çalışan şəxslərin sağlamlıq məsələlərinə böyük diqqət ayrılır. Onlar hər gün tibbi maska və əlcəklərlə təmin edilirlər. Hər gün maşinist, bələdçilər və heyət gündəlik müəyyən yoxlanışlardan keçir və bundan sonra işə başlayırlar.
Natəvan Bayramova bildirib ki, Bakı sərnişin vağzalında virusun yayılmasının qarşısını almaq üçün aparılan mübarizə tədbirləri çərçivəsində xüsusi avadanlıq quraşdırılıb: “ Fərdi qoruma vasitəsi olan bu avadanlıq məhlullarla təmin edilib. Vağzalın ərazisindən istifadə edənlər, qatarlara minmək istəyən sərnişinlər əllərini bu məhlullar vasitəsilə təmizləyə bilərlər”.
Bununla yanaşı, video sujetdə vurğulanır ki, ölkənin qatarlarında karantin qaydalarına əməl edilir, qatar daxilində oturacaqlarda məsafə gözlənilir.
ADY-nin Mətbuat katibliyi şöbəsinin rəisi qatarlarda dezinfeksiya işləri qatar tamamilə boşaldıqdan sonra həyata keçirildiyini vurğulayıb: “Bundan sonra, qatarlar hazırlıq vəziyyətinə gətirilir ki, növbəti sərnişin daşınmasına hazır olur”.
Xatırladaq ki, yeni koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına uyğun olaraq, ölkədə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər tətbiq olunur.
Gültən
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO












