Ölüm hökmü cəzası aldı, 25 il həbsdə yatdı, əfv olundu - VİDEO

Aprelin 6-da Prezident İlham Əliyev koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzaladı.
Avtosfer.az Kazus.az-a istinadən xəbər verir ki, bu sərəncamla azadlığa çıxanlar arasında ömürlük həbs cəzası almış Ağalar Nağıyev də var.
İctimai Televiziya 66 illik ömrünün 25 ilini həbsxana divarları arasında keçirmiş A.Nağıyev haqqında süjet hazırlayıb.
41 yaşında həbsxanaya düşən A.Nağıyev nə zamansa azadlığa çıxacağına ümid belə etməyib. O, törətdiyi cinayətə görə 1995-ci ildə ölüm hökmü cəzası alıb. 1998-ci ildə isə ölüm hökmü ömürlük həbslə əvəz olunur.
Həbs olunduqdan səkkiz gün sonra oğlu dünyaya gələn Ağalar indiyə qədər onu ancaq həbsxana görüşlərində görə bilib. Keçmiş məhbus deyir ki, bu 25 ildə çox şey öyrənib, başa düşüb ki, əsl həyat azadlıqdadır.
A.Nağıyev əfv sərəncamını eşitdiyi anı belə xatırlayır:
“İnanmadım. Elə bildim, yalandır. İndi inandım”.
Sözügedən süjeti təqdim edirik.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












