Ölüm qorxusundan dəhşətli etirafını etdi: dörd yaşından etibarən…

Ciddi xəstəlikdən əziyyət çəkən qız ölüm qorxusu altında dəhşətli etirafı ilə yaxınlarını şoka salıb. Belə ki, o, övladlığa götürüldüyü ailədə 20 il ərzində atalığı tərəfindən zorlandığını deyib.
Avtosfer.az xəbər verir ki, “Baza” “Telegram” kanalının məlumatına görə, ağır olduğu qədər kədərli hadisə Krımda baş verib.
Yekaterina Dontsova (ad şərtidir) kəskin limfoblastik talassemiya diaqnozu ilə onkoloji mərkəzdə müalicə alır. Bu yaxınlarda növbəti kimya terapiyasından sonra onun temperaturu kəskin yüksəlib. Öz həyatı üçün qorxan qız uşaqlıq və gənclik illərində yaşadığı dəhşəti xatırlayıb və bu barədə danışmaq qərarına gəlib.
O, ərinə zəng edərək, dörd yaşından etibarən atalığı tərəfindən təcavüzə məruz qaldığını deyib. Əri üçün bu xəbər gözlənilməz olub. Onun sözlərinə görə, Katyanın atalığı ilə münasibətləri normaldır. Yeganə qəribəlik həyat yoldaşının övladını heç vaxt atası ilə tək qoymaması olub. Katya bunu atalığının uşaqlarla davranmağı bacarmaması ilə izah edib.
Katyanın analığının isə heç vaxt baş verənlər barədə xəbəri olmayıb və bundan sonra da olmayacaq: o, dörd il əvvəl ölüb.
Katyanın danışdıqlarından sonra əri polisə müraciət edib. Hazırda hüquq-mühafizə orqanlarında yoxlamalara başlanılıb. Təcavüz faktları sübut olunacağı təqdirdə, kişini cinayət məsuliyyəti gözləyir.
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF











