Ombudsman 82 min manata maşın aldı

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) “İdeal Motors” MMC ilə maliyyə dəyəri 82 000 AZN olan müqavilə imzalayıb. Avtosfer.az xəbər verir ki, Ombudsman bu məbləğə şirkətdən nəqliyyat vasitəsi alıb. “İdeal Motors” MMC “Performance Center” şirkətinin rəsmi dileridir. Bu şirkət əsasən “Chevrolet”, “Baic” və “Jak” avtomobillərinin satışını həyata keçirir. Ombudsmanın şirkətdən bir, yoxsa bir neçə avtomobil aldığı bəlli deyil. Azərbaycanda İnsan hüquqları üzrə Müvəkkil Səbinə Əliyevadır. O, deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. Bir müddət əvvəl Səbinə Əliyeva və Siyavuş Novruzov xüsusi karantin rejimi dövründə təşkil edilən akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdiklərinə görə gündəmə gəlmişdilər. Sonradan Siyavuş Novruzov bəyanat yayaraq Ramiz Mehdiyevin onları aldatdığını bildirib.(Yenisabah.az)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












