Onun erası bitir - mülkləri satırlar

Nəqliyyat naziri Ziya Məmmədov Göyçay rayonunun Hüngütlü kəndindəki dəbdəbəli villasını satıb. Bu barədə İstiqlal.az-a məlumat verən mənbə villanı alan şəxsin adını da açıqlayıb. Bu, Rusiyada yaşayan milyarder Fərhad Əhmədovun bacısı Kəmalə Əhmədovadır. Mənbə villanın neçəyə satıldığı barədə dəqiq informasiyaya malik olmadığını deyib.
Qeyd edək ki, Avropa Oyunlarından sonra Ziya Məmmədovun "vurulması" prosesinə start verilib. Nəqliyyat Nazirliyinin demək olar ki, bütün səlahiyyətləri alınıb. Hazırda Ziya Məmmədovun bu quruma rəhbərliyi formal xarakter daşıyır. İddialara görə, yaxın günlərdə Nəqliyyat Nazirliyi ləğv ediləcək. Ziya Məmmədovun biznes imperiyasının çökdürülməsinə də start verilib. Artıq ona məxsus "Garant Holdinq"ə daxil olan ən böyük şirkətlərdən biri "Garant Sığorta" ASC ləğv edilib. Bildirilir ki, nazirin nəzarətində olan digər biznes strukturları da ya ləğv ediləcək, ya da başqa bir oliqarxın kurasiyasına veriləcək.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












