“Opel”lə piyadanı öldürüb qaçan sürücü hakim qarşısına çıxarılır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Malik Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Telman Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il noyabrın 26-da Buzovna qəsəbəsi ərazisində, Maştağa-Buzovna şossesində baş verib. Paytaxt sakini, 1991-ci il təvəllüdlü Məmmədov Malik Yaqub oğlunun idarə etdiyi “Opel” markalı, 99-UT-412 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada 1973-cü il təvəllüdlü Məmmədov Fazil Nəriman oğlunu vurub.
Nəticədə, piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Malik Məmmədov isə hadisə yerindən qaçıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin M.Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, istintaqa cəlb edilib.
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər": Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ












