Optimistlər pessimistlərdən daha yaxşı yatır və az xəstələnirlər

Həyata nikbin baxan insanlar bədbinlərdən daha yaxşı yatırlar. Bu, Vyana Universitetinin araşdırması nəticəsində məlum olub.
Məlumata görə, insanların nikbinlik kimi xüsusiyyəti onlara daha uzun həyat sürməyə və xronik xəstəliklərə daha az yoluxmağa kömək edir.
1 004 nəfər avstriyalının iştirak etdiyi onlayn-sorğuda respondentlər yuxularının ümumi özəlliklərindən bəhs ediblər, daha sonra isə onların yaşam və sağlamlığa olan münasibətləri sorğulanıb.
Məlum olub ki, optimistlərin 70%-i daha az yuxu pozuntusu və yuxusuzluqla qarşılaşırlar.
“Optimistlər fiziki məşğələ ilə daha çox məşğul olur, az siqaret çəkir və daha çox sağlam qidalanırlar. Bundan başqa, onlarda problemlərin həlli və stressin azaldılması strategiyası mövcuddur. Bütün bu amillər yuxunun keyfiyyətinə müsbət təsir göstərə bilər”, - araşdırmanın müəllifi Yakob Vaytser vurğulayıb.
Alimlər xüsusi məşğələlərlə nikbinliyi inkişaf etdirməyi tövsiyə edir. Onlar yoxlamaq istəyirlər: “sonradan qazanılmış optimizm” yuxunun keyfiyyətinə təsir edə bilərmi, yoxsa məhz “təbiətdən” pozitiv olmaq lazımdır. (“Report”)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev











