Ordumuzun vurduğu Rusiya helikopteri ilə bağlı SENSASİYA

2020-ci il noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan Rusiya helikopteri həmin gecə transponderləri söndürərək, sərhədin Naxçıvan hissəsinə qədər irəliləyən erməni kolonunu müşayiət edib. Avtosfer.az xəbər verir ki, bu barədə “Caliber”in məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Bakı o zaman məsələni açıq şəkildə təqdim etmək əvəzinə, geri addım atmağı seçdi:
“Azərbaycan Prezidenti İlham Əliyev həmin vaxt haqlı olaraq onun qanuni hədəf olduğunu deyə bilərdi. Amma o, kişi kimi davrandı, üzr istədi, helikopterin təzminatı və həlak olanların ailələrinə kompensiyasiya ödənildi”.
“Caliber” 2023-cü il sentyabrında keçirilən antiterror əməliyyatları zamanı rus sülhməramlılara məxsus avtomobilin atəşə tutulması ilə bağlı detalları da açıb:
“Rusiya sülhməramlı kontingentinə əvvəlcədən xəbərdarlıq edilib ki, antiterror əməliyyatı keçirilən gün onların yeganə vəzifəsi bazada qalmaq olub. Kontingentin böyük əksəriyyəti bu “çətin” tapşırığın öhdəsindən uğurla gəldi. Lakin xəbərdarlıqlara məhəl qoymadan və Azərbaycan tərəfinə məlumat vermədən bazanı tərk etmək qərarına gələn bir neçə zabit oldu. Döyüş şəraitində istənilən razılaşdırılmamış hərəkət edən avtomobil avtomatik olaraq hədəfə çevrilir və təəssüf ki, o zabitlər də məhz bu səbəbdən atəşə məruz qaldı. Amma onlara açıq-aydın bazada qalmaq təlimatı verilmişdi. Vəziyyətin faciəvi olmasına baxmayaraq, Azərbaycan tərəfi baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdü, üzr istədi və hadisə ilə əlaqəli şəxsləri məsuliyyətə cəlb etdi”.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












