Orta Dəhlizə əlavə yüklərin cəlb edilməsi istiqamətində səylərin gücləndirilməsi məqsədəuyğundur - Baş nazir

“Bu gün Gürcüstan, Qazaxıstan və Azərbaycanın dəmir yolları arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq bütün sahələrdə əlaqələrimizin inkişafına, o cümlədən Orta Dəhliz layihəsinin həyata keçirilməsinə geniş imkan yaradıb”.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə görüşü zamanı bildirib.
Baş nazirin qeyd etdiyi kimi, Orta Dəhliz marşrutu Çindən Avropaya və əks istiqamətə konteyner daşımaları üçün istifadə olunan çox mühüm layihədir. Görüşdə bildirilib ki, Orta Dəhlizin inkişafının təşviqi və əlavə yüklərin cəlb edilməsi istiqamətində səylərin gücləndirilməsi məqsədəuyğundur.
İrakli Kobaxidze Qazaxıstanın enerji resurslarının, xüsusilə neft və neft məhsullarının Gürcüstanın nəqliyyat infrastrukturu və Qara dəniz limanları vasitəsilə nəqlinin artırılması perspektivlərini yüksək qiymətləndirib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












