Orta Dəhlizlə yükdaşımaların həcmi 10 milyon tona çatacaq

Hazırda Çindən Avropaya yerüstü daşımaların 80 faizindən çoxu Qazaxıstandan keçərək həyata keçirilir.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, bu barədə Şanxayda Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə Çin Dövlət Şurasının Baş naziri Li Çian arasında keçirilən görüşdə qeyd olunub.
Bildirilib ki, Qazaxıstan “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsində maraqlıdır. Oljas Bektenov vurğulayıb ki, bu qlobal layihə Qazaxıstan ərazisindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yanaşı, “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin potensialını üzə çıxarmağa qadirdir.
Qazaxıstan tərəfinin məlumatına görə, bu ilin 9 ayı ərzində Orta Dəhliz üzrə daşımaların həcmi bütün ötən ilin göstəricilərini 23 faiz üstələyərək 3,4 milyon ton təşkil edib. 2030-cu ilədək yükdaşımaların həcminin ildə 10 milyon tona çatdırılması planlaşdırılır.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA
Telefonla danışan sürücünü kamera ilə cərimələmək asan olmayacaq – ƏRŞAD HÜSEYNOV
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu












