Banner

Ötən gün baş verən yol qəzalarında – 1 ölü

Gündəm 12 Mart 2020 12:30 Oxunub 998
Ötən gün baş verən yol qəzalarında – 1 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 62 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh