Oturaq işin zərərlərini necə azaltmaq olar?

“Oturaq vəziyyət insan pozasının fizioloji tələbat baxımından ən qeyri-funksionalıdır”. Bunu “Sputnik” radiosuna müsahibəsində kardioloq Vladimir Xoroşev deyib.
“İnsan ayaqüstə olarkən və ya uzanarkən onun arteriyaları düz vəziyyətdə qalır. Oturarkən isə damarlar daralır və arterial qanın axını kəskin azalmağa başlayır. Bu, çox pis haldır. Qan axışının yavaşlaması həmin arteriyalarda aterosklerotik dəyişikliyin artmasına səbəb ola bilər. Bu isə çox ağır fəsadlara - aşağı ətraflarda arterial yolların zədələnməsinə yol aça bilər. Təəssüf ki, bunun müalicəsi də çox bahadır”, - kardioloq bildirib.
Oturaq işin mənfi fəsadlarını azaltmağa gündə yarım saat – bir saatlıq fiziki məşğələlər yardımçı ola bilər: “Oturaq poza ən əlverişsizidir. Əgər insanın oturaq həyat tərzindən çəkinmək imkanı varsa, bunu etmək gərəklidir. Müasir ofislərdə ayaqüstü kompüter stollarının quraşdırılması boşuna deyil. Belə yerdə insan oturmur, ayaqüstə qalır. Bu funksional olaraq alverişlidir. Bilmək lazımdır ki, ayaqüstə qalmaq heç də zərərsiz deyil, ancaq insan hər 30 dəqiqədən bir hərəkət edərsə, bu ziyanı azalda bilər”. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












