“Öyrənək, uşaqları da öyrədək!” adlı təlim keçirilib - FOTO

21-22 aprel tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin razılığı ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Gəncə şəhərində respublika uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək rəhbərləri üçün yol hərəkəti qaydalarına aid “Öyrənək, uşaqları da öyrədək!” adlı təlim keçirilib. Təlimdə Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Daşkəsən, Tərtər, Yevlax, Naftalan, Mingəçevir, Ağdam, Xocalı və Füzuli rayonları uşaq-gənclər inkişaf mərkəzlərinin 31 əməkdaşı iştirak edib. Onların arasında Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, Daşkəsən rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Nuriyə Musayeva, Yevlax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aysel Nəsibova və Gəncə Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Kifayət Qurbanova da olub.
Məqsəd “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək və yol hərəkəti qaydalarını regionlarda təbliğ etməkdən ibarət olmuşdur.
İştirakçı rayonların uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək rəhbərlərinə iki gün ərzində “Öyrənək, uşaqları da öyrədək!” devizi altında “Svetofor”, “Yolu keçmə qaydaları”, “İctimai nəqliyyatda davranış qaydaları”, “Yol nişanları”, “Yol hərəkəti iştirakçıları”, “Küçə, yol, yolayrıcı” mövzularındada təlim keçirilib.
Təlim zamanı təqdim olunan öyrədici çalışmaları iştirakçılar həvəslə yerinə yetirib. Yol hərəkəti qaydalarını uşaqlara oyun, sual-cavab, labirint, rebus, krossvord, pazl, rəngləmə materiallarından istifadə edilərək öyrədilməsi tövsiyə olunub, yol hərəkəti ilə bağlı görüləcək işlər müzakirə olunub. Sonda təlimlə bağlı sorğu keçirilib. Belə təlimlərin tez-tez keçirilməsi arzu edilib.
Bütün təlim iştirakçılarına Sertifikatlar verilib, təlim materiallarının elektron variantı təqdim olunub.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI


























