“Oyunlar zolağı” ilə hərəkətə qadağa qoyulur - CƏRİMƏ AÇIQLANDI – RƏSMİ

Baş Dövlət Yol Polisi İdarəsi Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülərə hansı cəza verilməsinə dair açıqlama verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev oxu.az-a bildirib ki, şənbə günündən etibarən artıq həmin zolaqlar üzrə 3.2 hərəkəti qadağan edən nişanların qoyulması prosesinə start verilib.
Kamran Əliyev qeyd edib ki, Bakıda müəyyən edilən yollarda “Avropa Oyunları” zolaqları artıq çəkilib, eyni zamanda həmin zolaqlar üzrə hərəkəti qadağan edən müvafiq yol nişanları qoyulub.
“Mayın 29-dan etibarən Avropa Oyunları ilə əlaqədar müəyyən edilən nəqliyyat vasitələrindən savayı digər avtomobillərin həmin zolağa çıxmasına qadağa qoyulacaq. Hələlik isə yol nişanlarının qoyulması prosesi davam etdiyindən yollarda nəqliyyat sıxlığının yaranmaması məqsədilə sürücülərə o zolaqlara çıxmağa heç bir qadağa qoyulmayıb. Lakin sadalanan işlər tam bitəndən sonra digər avtomobillərin həmin zolağa çıxmasına icazə verilməyəcək, qaydanı pozanlar isə İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat miqdarında cərimə olunacaqlar”.
K.Əliyev əlavə edib ki, I Avropa Oyunları ilə əlaqədar müəyyən edilən küçə və prospektlərə əlavə yol patrul inspektorları təhkim olunacaq, həmin yollara daim nəzarət olunacaq.
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI










