Özünü evakuator xidmətində yandıranla bağlı rəsmi açıqlama - DYP

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Nəsimi rayonu ərazisindəki evakuator xidmətinin ofisində Niyaməddin Fərəcovun özünü yandırması məsələsinə aydınlıq gətirib. İdarənin şöbə rəisi Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında sözügedən hadisənin evakuasiya və yol polisi ilə heç bir əlaqəsinin olmadığını bildirib: “Sadəcə aparılan araşdırma zamanı məlum olub ki, vətəndaş tərəfindən qeyri-qanuni avtomobil duracağı yaradılıb. Həmin duracağın sərbəst, vətəndaşın öz nəzarəti altında idarə olunması onun parkomat aparatının tələbi ilə uyğunlaşmamasına səbəb olub. Baş vermiş hadisədə yol polisinin adının hallındırılması doğru deyil. Vətəndaşın tələbi parkomatla bağlı olub. Çalışır ki, həmin ərazidə parkomat olmasın, o özü dayanacaqpulu yığsın”.
Vaqif Əsədovun sözlərinə görə, 36 yaşlı sürücünün özünü yandırması ilə bağlı araşdırma aparılır və məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Cəlilabad rayon sakini 1979-cu il təvəllüdlü Niyaməddin Fərəcov Füzuli 53-də yerləşən Evakuator xidmətinin ofisinə gələrək avtomobillərinin evakuatorla götürülməsinə irad bildirərək üzərinə benzin töküb yandırıb. N.Fərəcov 3-cü dərəcəli yanıq xəsarəti ilə 5 saylı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Elmin
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












