Pandemiya diplomatik etiketə də təsir göstərdi - FOTO

Dünyanı öz təsiri altına alan pandemiya diplomatik etiketə də öz təsirini göstərib. Rusiya XİN rəhbəri Sergey Lavrovun iranlı həmkarı Cavad Zəriflə görüşü bunun bariz nümunəsidir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı maraqlı fotonu İranın xarici işlər naziri “Twitter” hesabında paylaşıb.
Xatırladaq ki, İranın XİN başçısı Məhəmməd Cavad Zərif dünən Rusiyada olub və orada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
“30-cu dəfə Moskvada olmağımdan məmnunam”, - deyən Məhəmməd Cavad Zərif bütün xarici işlər nazirləri arasında Rusiyaya səfərlərin tezliyinə görə rekorda imza atdığını vurğulayıb (bundan əvvəlki Rusiya səfəri iyunun 16-da baş tutmuşdu).
Sergey Lavrov da diplomatiyanın işini çətinləşdirən pandemiyaya baxmayaraq, iranlı həmkarı ilə təmasların intensivliyinə diqqət çəkib.
Danışıqların gündəliyi ənənəvi olub: İranın “nüvə sazişi”, həmçinin, Suriyadakı və bütövlükdə bölgədəki vəziyyət. Fərqlilik yalnız Rusiya ilə İran arasında təxminən 20 il əvvəl bağlanmış ikitərəfli müqaviləyə yenidən baxılması məsələsində olub.
Ancaq C.Zərif yalnız danışıqlar üçün Moskvaya səfər etmədiyini vurğulayıb.
O, Rusiya Prezidenti Vladimir Putinə iranlı həmkarı Həsən Ruhanidən mesaj gətirdiyini deyib, lakin məktubun təfərrüatı açıqlanmayıb.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı











