Pandemiya dövründə qanunsuz ov halları xeyli azalıb

Azərbaycanda pandemiya dövründə qanunsuz ovların sayında xeyli azalma olub. Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O bildirib ki, bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda bu sahəyə ciddi nəzarət edilir: "Karantin dövründə bəzi şəxslərin təbiət ərazilərinə nəzarət etməməsi səbəbindən, xüsusən də qanunsuz ov, brakonyerliyin artması halları bir sıra ölkələrdə müşahidə edilir. Məsələn, Nepalda, Cənubi Amerika ölkələrində bu hallar ciddi bir ekoloji fəsad kimi qeyd olunur. Azərbaycanda isə bu sahədə balanslaşmış siyasət aparılır. Pandemiya dövründə ətraf mühitin digər sahələri kimi, qanunsuz ovda da ciddi azalma müşahidə edilib". (Trend)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












