Pandemiya nəqliyyatın tullantılarının 36% azalmasına səbəb olub

Global Carbon Project elmi-tədqiqat təşkilatı COVID-19 pandemiyasının qlobal karbon qazı tullantıları səviyyəsinə göstərdiyi təsiri araşdıraraq, müxtəlif ölkələrin hökumətləri tərəfindən tətbiq edilən məhdudiyyətlər sayəsində, zərərli tullantıların gündəlik göstəricilərinin orta hesabla 17 faiz azaldığını təsbit edib. Ən böyük kənarlaşmalar nəqliyyat sektorunda (-36 %) qeydə alınıb ki, bu da qlobal CO₂ tullantılarının 20,6 faizini təşkil edir. Ətraflı hesabat “Nature” (“Təbiət”) jurnalında dərc edilib.
Global Carbon Project təşkilatının məlumatına görə, pandemiya dünya üzrə enerji tələbatının strukturunu əhəmiyyətli dərəcədə dəyişdirib. İnfeksiya və sonrakı məhdudiyyətlərin tətbiqi sənaye müəssisələrinin bağlanmasına və nəqliyyatla gediş-gəlişlərin sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Orta hesabla, aprel ayının əvvəlində karbon qazının gündəlik tullantıları 17% azalıb və ayrı-ayrı ölkələr üçün ən yüksək göstəricilər 26 faizə çatıb. Tullantıların azalmasında ən böyük təsir payı yerüstü nəqliyyata (sektor özü 36% azalsa da, qlobal CO₂ tullantılarının 43% azalmasını təmin edib) məxsusdur. Yeristü nəqliyyatı sənaye (-19%), enerji sektoru (-7.4 %) və aviasiya (-60%) təqib edir.
Tədqiqatlar, ekoloji standartların sərtləşdirilməsinə, qoşulan hibrid və elektromobillərinin populyarlaşmasına baxmayaraq, nəqliyyat sektorundakı CO₂ həcminin artmağa davam etdiyini göstərib. Bu səbəbdən də, hökumətlər pandemiyanın dərslərini nəzərə almalı və öz eklolji proqramlarını yenidən nəzərdən keçirməlidirlər.
Əldə edilən nəticədən belə görünür ki, məhdudiyyətlər iyun ayının ortalarına qədər qaldırılarsa, qlobal karbon qazının səviyyəsi 4% azalacaqdır. Məhdudiyyətlərinin bəzi hissəsinin ilin sonuna qədər qorunub saxlanılması halında, azalma 8% ola bilər. YourParkingSpace.co.uk saytı tərəfindən aparılmış digər araşdırma, havanın keyfiyyətinin yaxşılaşdırılmasının elektrik nəqliyyat vasitələrinin populyarlığının qaçınılmaz artımı ilə əlaqələndirir. Pandemiyadan sonrakı dövrdə, insanların DYM-ləri olan avtomobillərdən imtina edərək, kütləvi şəkildə "yaşıl" nəqliyyata keçəcəkləri ehtimal olunur.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










