Pandemiya səbəbindən dünyada gənclərin 20%-i işsiz qalıb

Dünyada hər beş gəncdən biri koronavirus pandemiyasının başlanmasından bəri işsiz qalıb, işləməyə davam edənlərin məşğulluğu isə 23% azalıb.
Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) araşdırmasında deyilir.
Araşdırmanın nəticələrinə görə, fevral ayının əvvəlindən müşahidə olunan koronavirus pandemiyası gənclər arasında işsizliyin kəskin və əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
"COVID-19-un səbəb olduğu iqtisadi böhran digər qruplara nisbətən gənc insanlara, xüsusən də qadınlara daha güclü və sürətli təsir göstərir. Əgər imkan və təcrübənin olmaması səbəbindən gənclərin istedadı və enerjisi ikinci plana çəkilərsə, bu, bizim gələcəyimizə zərər yetirər və pandemiyadan sonra iqtisadiyyatın bərpasını çətinləşdirər", deyə BƏT-in baş direktoru Qay Rayder bildirib.
BƏT inkişaf etmiş ölkələrdə genişmiqyaslı məşğulluq və təlim proqramlarına başlamağı və aşağı və orta gəlirli ölkələrdə gənclərin iş təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla təcili dəstək tədbirlərinin həyata keçirilməsinə çağırır.
Təşkilatın məlumatına görə, 2019-cu ildə gənclərin işsizlik səviyyəsi 13,6% təşkil edib ki, bu da digər qruplardan daha yüksək olub. Hazırda dünyada 267 milyona yaxın heç bir iş tapmayan və təhsil almayan gənc mövcuddur. (APA)
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












