Pandemiyadan sonra işini itirəcək peşə sahibləri - Mütəxəssis araşdırması

Mütərəqqi Təhsil İnstitutunun mütəxəssisləri koronavirus pandemiyasının sonunda hansı peşələrin risk altında olacağını öyrənmək üçün araşdırma aparıb. Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, araşdırmaya görə, ilk növbədə bu, turizm, moda, fitnes və stasionar iaşə sahələrində çalışanlara təsir göstərə bilər. Zərbə altına düşən ilk peşə sahibləri turizm agentləri və bələdçilərdir. Onların şirkətləri artıq dünyada hərəkət məhdudiyyətləri səbəbindən öz fəaliyyətini dayandırıblar. Bir sıra aviaşirkətlər də iflas həddinə çatdığına görə bir çox peşəkar mütəxəssislər yeni iş axtaracaq və hər sahədə rəqabət səviyyəsi artacaq. Bir çox fitnes müəllimi də yeni iş axtarmalı olacaq. Fitnes mərkəzləri məhdudiyyətlər üzündən ciddi şəkildə əziyyət çəkəcək, yenidən müştəriləri cəlb etməli olacaqlar. Bu sahədəki gənc mütəxəssislər buna görə rəqabətsiz olacaqlar.
Hökumətlər tərəfindən tətbiq olunan tədbirlər bir çox sənaye sahələrində avtomatlaşdırmaya səbəb olacaq. Onlayn xidmətlər inkişaf etdiriləcək.
Təhlilçilər, hüquq məsləhətçiləri, bank menecerləri, əczaçılar kimi ixtisaslaşmış şöbələrin nümayəndələri risk altına düşə bilərlər. Bundan əlavə, elektron formalara keçid səbəbiylə dəyişikliklər çap işçilərinə də təsir göstərəcək.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO












