“Park Bulvar”a girişdə maska tələb edilməyib? - Rəsmi açıqlama

Ötən gün “Park Bulvar” ticarət mərkəzində yaşanan izdihamda vətəndaşların tibbi maskadan istifadə etməməsi ilə bağlı rəsmi açıqlama verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumatda deyilir ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ticarət mərkəzinə daxil olan hər bir vətəndaşın vaksinasiyadan keçməsini təsdiq edən sertifikatın “QR” kodu və qoruyucu tibbi maskadan istifadə etməsi polis əməkdaşları tərəfindən mərkəzin girişində yoxlanıldıqdan sonra onların qapalı məkana daxil olmalarına icazə verilib: “Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan sonra tibbi maskalarını çıxarıblar. Məlumat üçün onu da qeyd edək ki, iri ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunur”.
Qeyd edək ki, ötən gün saat 15:30 radələrində bloqer Hüseyn Həsənovun Bakıya gəlişi və ticarət mərkəzindəki görüşü zamanı izdiham yaşanıb. Bu hadisə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Ticarət mərkəzlərinə girişdə vaksin pasportunun yoxlanıldığı bir vaxtda bu qədər insanın içəri yoxlanılmadan keçdiyi iddia edilib. Eyni zamanda görüntülərdə həmin vətəndaşların tibbi maskadan istifadə etmədiyi də görünüb.
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI











