Parklanma ilə bağlı güzəştlər sanki insanlarda arxayınlıq yaradıb - RƏY

Karantin rejiminin yumuşaldılması ilə küçələrdə nəqliyyat vasitələrinin və piyadaların intensivliyinin artması parklanma qaydalarının pozulmasına görə cərimələrin tətbiqini yenidən gündəmə gətirdi. Belə ki, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən martın 21-dən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı müvəqqəti olaraq dayandırılan inzibati tənbeh tədbirləri mayın 1-dən etibarən problemlər müşahidə olunan ərazilərdə yenidən tətbiq olunmağa başladı.
Bəs dayanma-durma və parklanma qaydalarının pozulması nəqliyyatın hərəkətində hansı problemləri yaradır və cərimələrin bərpası məqsədəuyğundurmu?
Avtosfer.az-ın məlumatına görə məsələ ilə bağlı Ann.az saytına açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert İlqar Hüseynli bildirdi ki, düzgün olmayan parklanma prospektlərdə nəqliyyatın ötürülməsi imkanlarını zəiflədir:
"Prospektin ötürücülük imkanlarının zəifləməsi isə tıxacların, bəzən də qəzaların yaranmasına yol açır. İstənilən halda parklanma elə şəkildə aparılmalıdır ki, dayanma-durma zamanı nəqliyyat vasitəsi digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaratmasın. Dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin icrası məhz prospektlərin yol ötürücülük qabiliyyətini daha səmərəli şəkildə təşkil etmək və tıxacların qarşısını almaq məqsədi daşıyır".
Ekspertin sözlərinə görə, karantin rejimi ərəfəsində paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti azalmışdı:
"Daha sərt məhdudiyyətlərin tətbiq olunduğu karantin dövründə hətta qadağan olunmuş yerlərdə parklanma hərəkətin intensivliyinə təsir etmirdi. Bununla bağlı olaraq BNA da martın 21-dən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin icrasını müvəqqəti olaraq dayandırmışdı. Lakin karantin rejiminin yumuşaldılması ilə yenidən nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artması düzgün olmayan parklanma üzrə cərimələrin tətbiq edilməsini gündəmə gətirdi".
İ. Hüseynli karantin dövründə parklanma ilə bağlı güzəştlərin insanlarda müəyyən qədər arxayınlıq yaratdığına diqqət çəkib:
"Cərimələrin ləğvindən əvvəl sürücülər dayanma-durma və parklanma ilə bağlı qadağalara adaptasiya olmağa başlamışdı ki, bu da düzgün olmayan parklanmanın qarşısını alırdı. Lakin karantin dövründə parklanma ilə bağlı güzəştlər sanki insanlarda arxayınlıq yaradıb. Buna görə də, inzibati tənbeh tədbirləri ilə bağlı agentlik vəyəndaşlara çağırışlarını genişləndirməli və sürücülərimiz cərimələrin tətbiqi ilə bağlı məlumatlı olmalıdırlar".
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR










