Parlament Jurnalistləri Birliyi Milli Mətbuatın yubiley tədbirlərinə start verdi

Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illik yubileyidir. Parlament Jurnalistləri Birliyi (PJB) bu münasibətlə silsilə tədbirlərə start verib. Tədbirlər ilin sonunadək davam etdiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə PJB-nin sədr müavini Aqil Camal bildirib. Onun sözlərinə görə, yubiley tədbirlərinin başlanğıcı olaraq PJB üzvləri Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament mətbuatını təmsil etmiş tarixi şəxsiyyətlərin xatirələrini yad ediblər:
“AXC dövründə parlamentin mətbuat orqanı olmuş “Azərbaycan” qəzetinin baş redaktoru Üzeyir Hacıbəylinin, parlamentin stenoqramlarını yazmış Cəfər Cabbarlının, Əhməd Cavadın məzar və abidələri ziyarət edilib”.
PJB yubiley tədbirləri çərçivəsində “Xalq Cümhiriyyəti parlamenti milli mətbuat işığında” adlı media layihəsinə də başlayıb. İyulun ayının 22-dək bu mövzuda araşdırma yazıları hazırlanacaq və mediada geniş yayılanacaq.
PJB həmçinin, tanınmış beynəlxalq media təşkilatı olan Qlobal Qəzetçilər Konseyi (KGK) ilə birlikdə Azərbaycan Milli Mətbuatının yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirməyi də razılaşdırıb:
“Sözügedən beynəlxalq media qurumunun sədr müavini, PJB sədri Elşad Eyvazlının irəli sürdüyü bu təklif artıq qəbul olunub. Konfransın xarici ölkələrdən birində keçirilməsi nəzərdə tutulub. Pandemiya səbəbindən hazırda konfransı keçirmək mümkünsüzdür. Amma il ərzində mümkün olacağı ilk fürsətdə xaricdə bu tədbir keçiriləcək. Bununla belə, bütün hallarda 22 iyul ərəfəsində KGK çərçivəsində onlayn şəkildə də olsa, beynəlxalq konfrans gerçəkləşdiriləcək”,- A.Camal bildirib.
PJB-nin təsis etdiyi “Şirməmməd Hüseynov” media mükafatı da yubiley günlərində açıqlanacaq. Hazırda, mükafatın təqdimatı ilə bağlı məsələlər müzakirə mərhələsindədir.
Mətbuat təmsilçilərinə sosial dəstək məqsədilə PJB tərəfindən bir neçə tibbi müayinə aksiyanın da keçirilməsi nəzərdə tutulur.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












