Partlayışa görə həbs edilən menecer obyekti qardaşı ilə birgə açıbmış - FOTOLAR

Xəbər verdiyimiz kimi, Bakıda "Location" gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib.
Avtosfer.az həbs edilən menecer Orxan Səfərovla bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, O.Səfərov qardaşı Elşən Səfərovla birlikdə daha əvvəl Nərimanov rayonu ərazisində "The Place" adlı gecə klubunu işlətməyə başlayıblar. Onlar daha sonra Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanındakı 170 kvadrat metr ərazisi olan obyekti də icarəyə götürərək oranı "Location" gecə klubu adı ilə açıblar.
Fotoda Elşən Səfərov və qardaşı Orxan Səfərov
.jpg)
Qeyd edək ki, gecə klubunu icarəyə götürərək işlədən “Merser Food” MMC-nin hazırda 711 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisi əvvəllər Umudov Qulu Adəm oğlu olub. Lakin şirkət sonradan əl dəyişdirib. Hazırda MMC-nin qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğludur. Şirkət dövlət qeydiyyatına 2018-ci ilin sentyabrında alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 61 göstərilib.
Fotoda solda Orxan Səfərov, sağdakı isə "Merser Food" MMC-nin keçmiş qanuni nümayəndəsi Qulu Umudov:
.jpg)
.jpg)

Qafqazinfo.az
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











