Paşinyan Azərbaycanla sülh müqaviləsindən danışdı

Ermənistan baş naziri keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, Paşinyan sülhməramlılar haqqında danışdıqlarının tənqid olmadığını bildirib.
"Biz Rusiya sülhməramlılarını tənqid etmirik, narahat olduğumuzu bildiririk. Bu narahatlıqların uzun tarixi var. Mən bu məsələləri Rusiya Federasiyasının sülhməramlı kontingentinin komandiri ilə deyil, onun ali baş komandanı ilə müzakirə edirəm və bu, düzgün formatdır", - deyə o qeyd edib.
Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamayacağı şərtləri də açıqlayıb.
"Sənəd Ermənistanın maraqlarına cavab verməsə, ondan imtina ediləcək. Razılaşmanın hazır olması barədə mütləq məlumat verəcəyimə əmin edirəm. Amma hələlik heç bir xəbər yoxdur. İrəvan sazişin mətni ilə bağlı öz şərhlərini Bakıya göndərib, lakin hələ də cavab almayıb. Ermənistan müqavilə bağlamağa hazırdır və əlindən gələni edəcək. Sənədin imzalanması yaxşı xəbər olacaq, çünki bu, tərəflərin öz maraqlarını balanslaşdıra bildiklərini ifadə edəcək. Amma indi problem sənədin məzmununda deyil, onun həyata keçirilməsi mexanizmindədir", - deyə o bildirib.
Paşinyan KTMT-lə münasibətlərdən də danışıb. O vurğulayıb ki, Ermənistan KTMT ilə müttəfiqlik münasibətlərini institusional əsasda qurmaq istəyir: "Amma KTMT məsuliyyət zonasının harada olduğunu demədikdə, bu, Ermənistan üçün fundamental problem yaradır. Paşinyan əlavə edib ki, KTMT-nin məsuliyyət sahəsini dəqiqləşdirmək lazımdır, bundan sonra təşkilatla münasibətlər institusionallaşa bilər".
Ermənistan baş naziri Jurnalistlər Birliyinin çağırışına da cavab verib: "Bütün jurnalistlərin çağırılmaması logistika problemi ilə bağlıdır. Ermənistanda mətbuat orqanlarının sayı gündən-günə artır. Bu qədər jurnalisti yerləşdirmək lazımdır. Əgər siz etiraz etməsəniz, gələn dəfə sizsiz - onlarla konfrans keçirərik. Yalnız müxalif jurnalistlər üçün".
Modern.az
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












